Özel Haber

İş Tapmaqda Sizə Kömək Edəcək Netvörkinq Məsləhətləri

Cv land olaraq bu yazımızda sizə iş axtarışı prosesində peşəkar netvörkinqin əhəmiyyəti göz ardı edilməməlidir və netvörkinqinizdən istifadə gündəlik iş axtarış səylərinizin tərkib hissəsi olmalıdır. Bunun üçün hazırladığımız bu tövsiyələrə mütləq nəzər salın və aktiv karyera  netvörkinqinə sahib olmağın üstünlüklərini yaşayın!

 

Peşəkar netvörkinqinizə düzgün insanları daxil edin.

Peşəkar netvörkinqiniz sizə iş axtarışında kömək edəcək və ya karyeranıza töhfə verəcək hər kəsi əhatə etməlidir. Bu insanlar keçmiş və indiki həmkarlar, işəgötürənlər və menecerlər, oxşar maraqları olan dostlar, universitetinizin məzunları və ya internetdə tanış olduğunuz insanlar ola bilər.

 

Netvörkininizin sizin üçün nə edə biləcəyini anlayın.

Hər 10 iş axtarandan 8-i deyir ki, onların netvörkinqi onlara iş tapmaqda kömək edib. Bu insanlar sizə iş tapmaqda kömək etməklə yanaşı, işləmək istəyə biləcəyiniz şirkətlər haqqında da məsləhət verə bilərlər. Onlar kritik daxili məlumatları təqdim edə, hədəf ölkələrinin iş bazarları haqqında məlumat verə və iş axtarmağın və ya CV-nizi necə nəzərdən keçirməyiniz barədə məsləhət verə bilər.

 

Netvörkünüzlə əlaqə saxlayın və onlarla əlaqələr qurun.

İşinizdən yenicə ayrıldığınız və ya yeni iş imkanı axtarmaq qərarına gəldiyiniz zaman uzun müddət əlaqə saxlamadığınız insanlarla əlaqə saxlamaq bir az yöndəmsiz ola bilər. Odur ki, vaxtaşırı qısa bir salamla belə, netvörkinqinizlə müntəzəm əlaqə saxlayın. Beləliklə, insanlar sizə kömək etməyə daha çox hazır olacaqlar.

 

Netvörkinqinizi onlayn inkişaf etdirin.

LinkedIn, Facebook və digər müxtəlif onlayn netvörkinq platformaları sizə müəyyən yerlərdə və funksiyalarda işləyən insanları tapmağa kömək edə bilər. Tələb olunan açar sözləri daxil edin və asanlıqla netvörkinqinizi hədəf insanlarla genişləndirin.

 

Netvörkinq tədbirlərində iştirak edin.

Peşəkar birliyin üzvüsünüzsə, tədbirlərdə və görüşlərdə iştirak edin. İştirakçıların çoxunun sizinlə eyni məqsədlərə sahib olduğunu və vizit kart mübadiləsindən məmnun qalacağınızı görəcəksiniz. Məzun olduğunuz məktəbiniz məzunlar üçün netvörkinq tədbirləri təşkil edirsə (bir çox məktəb bu tədbirləri bütün ölkədə təşkil edir), mütləq iştirak edin. İştirak edə biləcəyiniz bir çox müxtəlif növ netvörkinq tədbirləri var, sadəcə onları araşdırın!

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu